İsrailin xarici işlər naziri Eli Kohen Şəhidlər xiyabanını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Twitter" hesabında paylaşıb.
Səfir Şəhidlər xiyabanını ziyarət etdiyi üçün israilli nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, İsrailin XİN başçısı Azərbaycanda rəsmi səfərdədir.