29 Aprel 2023 01:10
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası və Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyi Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsinin önündə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. May ayının 1-də saat 12:00-dan 13:00-dək Azərbaycan Kommunist Partiyası abidənin önünə gülqoyma mərasimi keçirəcəklər. Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyi isə 15-20 nəfərlə abidə önündə 1 may gününü abidənin önündə qeyd edəcəklər. BŞİH tərəfindən hər iki müraciətə baxılaraq etiraz edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər