“Torpaqlarımız işğaldan azad edildikdən sonra yenidənqurma və bərpa işlərinə start verilib”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Məmmədov səsləndirib:
O bildirib ki, çox sayda vətəndaşımız azad olunmuş ərazilərdə işlə təmin olunub:
"O cümlədən bir çox qurumlar Kəlbəcərdə fəaliyyətlərini bərpa ediblər. Xüsusən də yay aylarında əhalinin mal-qarasının və arı ailələrinin bölgəyə köçürülməsinə imkan yaradılıb. Yay aylarında ərazidə 10 minə yaxın vətəndaşımız fəaliyyət göstərib. Onların səhhəti ilə bağlı problemlər yarandıqda, lazımi tədbirlərin görülməsi üçün tibb məntəqələrinin yaradılmasına ehtiyac var.
İkinci məsələ isə Kəlbəcər sakinlərinin öz ata-babalarının məzarlarını ziyarət etməsinə şərait yaradılması ilə bağlıdır. Təklif edirəm ki, bir sıra həssas qruplara daxil olan ailələr üçün heç olmasa həftədə bir dəfə, təhlükəsizliyə riayət etmək şərtilə gediş-gəliş təşkil olunsun”.