Avropa İttifaqı (Aİ) Azərbaycan ortaq maraqları və əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında dördüncü Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora iştirak ediblər. Tərəflər dialoq zamanı ortaq maraqları və əməkdaşlığın genişləndirilməsi, daha sabit region naminə birgə işləmək yollarını müzakirə ediblər.