6 May 2023 13:47
8 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması dünyaya, Ermənistana və başqalarına qarşı heç də əzələ nümayişi deyil. Azərbaycan öz suveren ərazisində haqqı olanı edir. Səbəb də artıq məlumdur. Ermənilər həmin yoldan indiyə kimi mina və silah-sursat daşımaq üçün istifadə edib. Ona görə də, bunun nə 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaya, nə də ki, digər beynəlxalq qanunlara aidiyyatı və ziddiyyəti yoxdur. Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq ixtiyarı var. Ölkəmiz də haqlı olaraq da bundan istifadə edir.

Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

Deputat Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında aparılmış danışıqlarda da sərhəd-keçid məntəqəsinin açılması və yaxud postun oradan götürülməsi kimi məsələlərin müzakirə olunmadığını söyləyib:

“Qarabağ və onun hansısa “statusu” məsələsi də burada heç bir tərzdə müzakirə predmeti olmayıb. Azərbaycan üçün bu məsələnin qırmız xətt olması ilk günlərdən vurğulanıb. Artıq beynəlxalq təşkilatlar tərəfindən də bu məsələdə heç bir israr yoxdur. Sadəcə olaraq Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, sərhəd xəttinin haradan keçməsi ilə bağlı müəyyən məqamlar mövcuddur”.

Razi Nurullayev hesab edir ki, əgər Ermənistan Qarabağda yaşayan ermənilərin hansısa bir formada “status” və hüquqları ilə bağlı müddəa ortaya atırsa, o zaman Azərbaycanın da buna qarşı adekvat arqumenti var: "Azərbaycan artıq bunu tarixi fakt kimi ortaya qoyub”.

Partiya səsrinə görə, Qərbi Azərbaycan İcmasında cəmləşmiş və vaxtilə zorla Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtması şərt kimi irəli sürülüb:

“Əgər Qarabağda yaşayan ermənilərlə bağlı əldə olunacaq sülh sənədində nəsə bir müddəa yer alacaqsa, azərbaycanlılarla bağlı da eyni yanaşma burada öz əksini tapmalıdır. Bu məsələlərdə Azərbaycan tərəfi təşəbbüsü ələ alıb. Çünki biz haqlı tərəfik. Ona görə də, burada heç bir narazılıq ola bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər