Azərbaycanla İsrail arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov tviterdə məlumat yayıb.
Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.
Görüşdə ikitərəfli əlaqələri müzakirə olundu və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.