Video əlavə olunub:
***
Ötən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə qarşı təxribatı öncədən planlaşdırılmışdı. Bu danışıqlar öncəsi və sonrası baş verən ənənəvi erməni təxribatıdır. Mayın 14-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən görüş öncəsi belə bir təxribatın baş verməsi heç də təsadüfi sayıla bilməz.
Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, erməni tərəfinin bu təxribatı birmənalı olaraq kənar qüvvələr, o cümlədən Rusiya tərəfindən təşkil edilib:
“Çünki Ermənistanın bu təxribatın nəticəsini bilə-bilə törətməsi faktları var. Qarşı tərəf bu addımın ona necə baha başa gələcəyini yəqin edir. Ona görə də, burada üçüncü tərəfin rolu açıq görünür. Ötən axşam baş verən erməni təxribatı zamanı Ermənistan ordusunun üç hərbi qulluqçusunun ağır yaralanması buna açıq sübutdur”.
Polkovnik hesab edir ki, erməni tərəfinin burada kənar təsirlər olmadan Azərbaycan Ordusuna qarşı hər hansı iri hücum əməliyyatı icra etməsi, hətta İrandan alınan dronlardan istifadə cəhdləri mümkün deyil:
“Azərbaycan Ordusunun adekvat addımı onlara yaxşı bəliddir. Hazırda alınan məlumat odur ki, minaatanlardan, artilleriya qurğularından atəş açılır. Ermənistan növbəti dəfə atmış olduğu bu təxribatçı addıma görə cəzalanır”.