14 May 2023 15:44
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün keçirilən seçki prosesində böyük izdiham yaşanır.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər