15 May 2023 17:36
4 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonu istiqamətində Ermənistanın davamlı olaraq hərbi təxribata əl atmasının səbəbi başqadır. Basarkeçər rayonu istiqamətində Ermənistanın hərbi hissəsi yerləşir. Onlar yarana biləcək mürəkkəb vəziyyətdə daşınma problemlərini həll etmək üçün belə bir qərar veriblər. Ona görə də, bu istiqamətdə silah-sursatın, şəxsi heyətin daşınmasına öncədən təminat yaratmağa çalışırlar.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, ötən gün erməni tərəfinin Basarkeçər rayonu Yenikənd yaşayış məntəqəsi istiqamətində atəşkəsi pozması, təxribata əl atması da bundan qaynaqlanır:

“Qarşı tərəf bundan öncə Zod istiqamətində təxribata al atırdı. Daha öncə isə onlar Dəmirçidam yaşayış məntəqəsi istiqamətində atəş açırdılar. Sadəcə olaraq erməni tərəfi bu dəfə 60 mm-lik minatalardan bu istiqamətdə təxribata əl atması da onların əsas niyyətini ortaya qoyur”.

Polkovnik hesab edir ki, ermənilərin yanaşmasında prinsip etibarı ilə heç nə dəyişməyib:

“Brüsseldə Azərbaycan Prezidenti İlə Ermənistanın baş naziri arasında bir çox məsələlərdə razılıq əldə edildiyi ərəfədə erməni tərəfi növbəti təxribatının baş verməsi heç də təsadüfi deyildi. Bu bir daha Ermənistanın təxribatçı mahiyyətinin dəyişmədiyini nümayiş etdirir. Fakt odur ki, onlar bundan sonra da təxribatlarını davam etdirəcək”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirməlidir:

“İstənilən halda tərəflər arasında gərginliyin azaldılması üçün çağırışlar edilməlidir. Bu olmasa növbəti təxribatlar tərəflər arasında iri həcmi toqquşmaya və itkilərə gətirib çıxaracaq”.


Müəllif: Tapdıq Qurbanlı