15 May 2023 16:30
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir M.Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər