Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də keçirilən prezident seçkilərinin birinci turunda liderliyi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Prezidenti Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi alyansın uğurunu da qeyd edib”, - məlumatda deyilir.
Qazaxıstan və Türkiyə liderləri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi prezident olacaq.
İlk turda Türkiyənin hazırkı prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.