17 May 2023 12:36
3 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların son zamanlar aksiya keçirməsi və yaxud digər addımlara əl atması heç də təəccüblü deyil. Sadəcə olaraq onlar indi var-gəl edirlər. Bütün diplomatik vasitələr belə onlar üçün tükənir və seçimləri azalır. Onlar üçün yeganə seçim Azərbaycana tabe olmaqdır. Bu isə separatçıların 30-40 illik absurd iddialarından, şüarlarından əl çəkməsi deməkdir. Bu da onlar üçün asan məsələ deyil. Çünki bu, əslində bir xəstənin öz düşüncəsindən uzaqlaşması ilə izah oluna bilər.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, uzun illər konservativ yanaşma sərgiləyən millətin təmsilçiləri indi hansısa bir yeni situasiyaya belə hazır deyil:

“Hətta onlara liderlik edənlər də hazırlıqsızdır. Zaman göstərdi ki, Ermənistanda ancaq Nikol Paşinyan və onun komandası bu proseslərə adekvatdır. Çünki onlar anladılar ki, xilas yolu türklərlə yenidən münasibətlərin qurulmasından keçir. Sadəcə olaraq bunu xəstə erməni cəmiyyətinə izah etmək çox çətindir. Ona görə də, ehtiyyatla və müəyyən dərəcədə həddən artıq dolayısı yollarla bunu göstərməyə çalışırlar”.

Fazil Mustafa hesab edir ki, gec-tez erməni cəmiyyəti bu reallığı qəbul edəcək:

“Ona görə də, Samvel Babayan kimi hərbi canilərin və başqa birisinin burada revanş üçün addımlar atması, hansısa bir təsir gücünə sahib olması inandırıcı deyil. Əsas odur ki, Azərbaycan onlar üçün nəfəslik olacaq mövqeləri və çıxş yollarını əlində saxlayıb. Belə olduğu halda onlar gec-tez dizlərini yerə qoyub təslim olacaqlar. Çünki başqa yolları yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər