17 May 2023 17:50
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldəki son danışıqlarda müsbət yanaşmalar olsa da, bunların heç biri Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişənin sülh yolu ilə başa çatmasına əsas vermir. Vasitəçilərin iştirakı ilə baş tutan görüşlərin hansısa bir nəticə ilə başa çatacağına ümid etmək olmaz. Əslində Rusiyanın Cənubi Qafqazdda olan maraqları burada başlıca maneədir. Çünki Moskva özündən kənar vasitəçilərin iştirakı ilə bu məsələlərin yoluna qoyulmasına imkan verməyəcək.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O hesab edir ki, danışıqlar və verilən bəyanatlar sadəcə olaraq imitasiya xarakteri daşıyır:

“Əslində burada ciddi bir yanaşma yoxdur. Moskva, Vaşinqton, Brüssel görüşlərinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında ciddi bir nəticələrin əldə ediləcəyi gözlənilən deyil”.

Partiya sədrinə görə, danışıqlarda Vaşinqton və Brüsselin hansısa bir üstünlük əldə etməsi Moskva tərəfindən hərbi müstəvidə sıfırlanmış olur:

“Eyni zamanda Rusiyanın danışıqlarda hərbi siferada həyata keçirdiyi işləri Brüssel və Vaşinqton sıfırlayır. Ona görə də, keçmiş ATƏT-in Minsk qrupu 30 ilə yaxın danışıqları uzatdığı kimi indi də bu təşkilatın üzvləri yenidən Azərbaycanla Ermənistan arasında yekun sülh prosesini 10-15 il uzadacaqlar”.

Sərdar Cəlaloğlunun fikrincə, Nikol Paşinyan açıqlama vermişdi ki, ötən ilin sonuna kimi sülh əldə olunacaq:

“Amma bu baş vermədi. Ona görə də, bu məsələlərə sadəlövcəsinə yanaşmaq olmaz. Cənubi Qafqazda olan proseslərə Rusiya-Ukrayana müharibəsindən sonra aydınlıq gətiriləcək. Bu müharibənin isə hələ 2-3 il uzanacağı ehtimalı böyükdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər