“Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarda deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı və aktual regional məsələləri də müzakirə edəcəklər.
S.Lavrov birgə layihələrə misal olaraq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini göstərib.
“Ticarət əlaqələrimiz yüksəlişdədir, investisiyalar işləyir”, - Rusiya XİN başçısı əlavə edib.//Report