20 May 2023 00:36
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda Amerika xalqı adından Azərbaycan Prezidenti və xalqı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edilib.

"Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir", deyə Bayden bildirib.

Təbrik məktubunun sonunda qeyd olunub: "Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli və firavan Müstəqillik Günü arzu edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər