21 May 2023 20:28
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ÜST-ün Azərbaycanla əməkdaşlığı çox uğurludur”.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Avropa üzrə Regional direktoru Hans Henri Klüge Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşdə deyib.

Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

İkitərəfli görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası mayın 30-da yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərar qəbuledici orqanıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər