Türkün yolu Türk Dövlətləri Təşkilatından, Şuşadan, Cəbrayıldan, Zəngəzurdan keçər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Kamal Kılıçdaroğlu ortaya yeni layihə qoyur və Azərbaycanı bu layihədən kənar tutur. Can Azərbaycan torpaqlarını işğaldan azad edərkən Türkiyənin dəstəyindən narahat olanlardan başqa nə gözlənər ki? Ermənistan baş naziri Nikol Paşinyan belə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sizə nə olub?”, - deyə M.Çavuşoğlu bildirib.