25 May 2023 14:51
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni kilsəsi xristianlığı təbliğ etdiyini iddia etsə də, öz dini dəyərlərini kənara qoyaraq insanları sülhə yox, düşmənçiliyə çağırır. Ona görə də, belə düşüncədə olan xristian din təəssübkeşlərinin kilsə və yaxud din adından danışmağa haqları yoxdur. Çünki xristianlıqda da insanlara sülh təbliğ olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, dinşunas alim Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bütün bunların əksinə olaraq erməni kilsəsi erməni xalqını, Ermənistan dövlətini yenidən müharibəyə səsləyir:

“Bu da onu göstərir ki, erməni kilsəsi həqiqi dini dəyərlərin daşıyıcısı deyil. Onlar bu gün düzgün yolda və istiqamətdə hərəkət etmirlər. Bu da sözsüz ki, ümumilikdə mənfi proseslərə aparıb çıxarır”.

Dinşunas alimə görə, bu gün erməni kilsəsi öz insanlarını qan tökməyə, düşmənçiliyə səsləməklə əslində öz mahiyyətini nümayiş etdirir:

“Bu bir daha sübut edir ki, erməni kilsəsinin dinlə, əxlaqla, Allahla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, erməni kilsəsi ilə hazırkı Ermənistan iqtidarı arasında kəskin münasibət var. Bu yaxınlarda baş nazir Nikol Paşinyan kilsəyə siyasətə qarışmaqdansa, Allahla aralarını düzəltəməyi tövsiyə etmişdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər