30 May 2023 08:00
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter" hesabında Ermənistan parlamentinin spikeri Alen Simonyanın paylaşımına cavabında bildirib.

"Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

Birincisi, İkinci Dünya Müharibəsi abidəsini dağıdan, İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silib, Laçının işğalı ilə bağlı yazıları və 1992-ci ilin mayında onu yandıran erməni terrorçularının siyahısını yazan məhz Ermənistandır.

İkincisi, Ermənistanın spikeri və baş nazirin (Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan) ən yaxın adamı Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti dəfə hücum etmiş olur.

Üçüncüsü, Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli, Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!", - deyə A.Hacızadə bildirib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər