Ermənilərin son dövrlər həm şərti sərhəd xəttində, həm də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə təxribatlara əl atması tamam başqa məqsədlərə hesablanıb. Burada maraqlı məqam rus sülhməramlılarının cavabdehlik daşıdığı ərazidə bu təxribatların olmasıdır. Onların bu hallara niyə reaksiya vermədiyi diqqətdən yayına bilməz.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə,görünən odur ki, rus sülhməramlıları maksimum şəkildə bu hallardan yararlanmağa çalışır:
“Artıq sülhməramlılar da düşünürlər ki, Azərbaycan bu məsələlərdə öz qərarını verib. Məsələ yekunlaşmağa doğru gedir deyə sülhməramlılar separatçıların imkanlarından istifadə etməyə çalışır. Həmçinin prosesləri uzatmaq üçün bu şəraiti yaradırlar. Separatçılar üçün qurulan mühəndis-istehkam qurğuları, ötürülən silah-sursat də bu məqsədlər üçündür”.
Polkovnik hesab edir ki, Azərbaycan Prezidentinin Laçındakı çıxışından sonra separatçılar böyük təşviş yaşayır:
“Təbii ki, Azərbaycan Komando qüvvələrinin son təlimləri və atılan addımlar separatçıların ərazidən çıxması və yaxud da yox olması ilə nəticələnəcək”.