Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu iyunun 12-də ABŞ-da başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə bildirib.
Baş nazir qeyd edib ki, sabah Moskvada nəqliyyat kommunikasiyalarının bloklanması məsələləri üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.