Azərbaycan Gürcüstanla iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Tiflisdəki keçirilən görüşdə aparılıb.
Görüşdə həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin önəmi barədə fikir mübadiləsi aparılıb.
M. Cabbarov bu barədə özünün tviter hesabında yazıb.