Avropa İttifaqı (Aİ) iyulun 21-də baş tutacaq Brüssel görüşündə Azərbaycan-Ermənistan danışıqlarında bundan sonra da irəliləyiş gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, Aİ Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə keçiriləcək sülh danışıqlarında yenidən iştirakını müsbət qarşılayır.
"İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş bir daha onların prosesə sadiqliyini nümayiş etdirdi. Qeyd edək ki, danışıqlar və dialoq Azərbaycanla Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə üsuludur. Beləliklə, dialoqda ardıcıllıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Aİ-dən bildiriblər.