8 İyun 2023 11:25
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Bakı və Ankaranın Azərbaycanın tarixi torpağı olan Mehrini tədricən nəzarətə götürəcəyi düşüncələri var. İki məqam ermənilərin qorxularını artırır:

Birincisi, bölgədə kommunikasiyanın açılması istiqamətində müəyyən razılaşmalar var: tərəflər Moskvada Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpası ilə bağlı anlaşdılar;

İkincisi, Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışı sürətləndirir: 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin köçürülməsi planlaşdırılır, bu, təxminən 70-80 min nəfər deməkdir;

Ermənistan bölgədə, xüsusilə Mehri ilə sərhəd ərazidə demoqrafik vəziyyətin dəyişməsi perspektivindən təşvişə düşüb.

Teleqraf.com-un xəbərinə görə, erməni şərhçi Akop Badalyan yazır ki, yolların açılması və bölgədə demoqrafik vəziyyətin dəyişməsi Ermənistan üçün strateji əhəmiyyətə malik olan Mehrinin tədricən Bakı və Ankaranın təsirinə keçməsi perspektivi yarada bilər.

“Mehridə cəmi 5 min insan yaşayır. Əgər Zəngəzurda kommunikasiya işə düşərsə, bu yollardan gündəlik istifadə edən insanların sayı da elə 5 minə yaxın olacaq. Bununla yanaşı, yükdaşımalar həyata keçiriləcək, beləliklə, yük avtomobillərinin sürücüləri üçün Mehri daimi marşruta çevriləcək. Söhbət türk demoqrafik elementindən gedir, onların təsiri həmişə güclü olur. Beləliklə, Bakı və Ankaranın Mehri üzərində təsiri güclənəcək, ermənilər türklərin (azərbaycanlılar) demoqrafik üstünlüyü qarşısında duruş gətirə bilməyəcək, şəhər tədricən nəzarətə götürüləcək. Bu, indiki perspektivdə inandırıcı görünməsə də, uzaq perspektivdə risklidir”, - o deyib.


Müəllif: Asif Nərimanlı