8 İyun 2023 23:12
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev Fransada səfərdədirlər.

Teleqraf.com xəbər verir ki, bu gün Milli Məclisin deputatları Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Soltan Məmmədov bildirib ki, maraqlı və faydalı fikir mübadiləsi baş tutub.

Fransanın Azərbaycandakı səfiri Ann Bualon Tvitterdə paylaşımında Fransa ilə Azərbaycan arasında parlament əlaqələrinin canlandığını görməkdən şad olduğunu vurğulayıb: “Milli Assambleya və Milli Məclisin iki dostluq qrupunun sədrlərinə təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər