Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ səfiri tviterdəki hesabında qeyd edib.
“Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin təşəkkür edirəm. O, dəhşətli cinayətin fəsadlarına, Kaxovka bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir.
Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə cinayətidir”, - Peter Mixalko qeyd edib.