15 İyun 2023 09:05
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 15 iyun 1993-cü ilə qədər özünün müstəqillik aktı adında bir qərar qəbul etmişdi. Həmin qərar ancaq parlamentdən keçmişdi. Ondan sonra ölkədə demək olar ki, xaos və xaotik bir vəziyyət yaranmışdı. Azərbaycan parçalanma ərəfəsində idi. Ölkə kənar güclərin və böyük dövlətlərin arasında bölüşdürülmək təhlükəsi ilə üzləşmişdi. Ona görə də, prosesləri hərə öz bildiyi tərəfə çəkməyə çalışırdı. Azərbaycan torpaqları hesabına hərə öz ərazilərini genişləndirmək niyyəti güdürdü. Ümumiyyətlə Azərbaycanın mövcudluğu sual altına düşmüşdü.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O qeyd edib ki, belə bir çətin vəiyyətdə ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı oldu: “Sözsüz ki, bütün bunlar bir xalqın alın yazısıdır. Ulu Öndər Heydər Əliyev tarixi bir şəxsiyyət kimi Azərbaycana gəldi. Ölkədə mövcud olan xaotik vəziyyətin, gərginliklərin qarşısı alındı. Heydər Əliyev bir lider və xilaskar kimi Azərbaycanın mövcudluğu üçün əlindən gələni etdi. Səbr və təmkinlə Azərbaycanı öz taleyinə bağlayan bir liderin ölkəyə qayıdışı xalqın təkidli tələbi ilə baş tutdu”.

Elmlər doktoru bildirib ki, ulu öndər Heydər Əliyevin ölkəyə gəlişi ancaq zamanın tələbi idi: “Çünki o vaxt ölkəni düşmüş olduğu ağır və çıxılmaz durumdan ancaq ümummilli lider Heydər Əliyev xilas edə bilərdi. Tarix də sübut etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkə bütün müstəvilərdə düşmüş olduğu ağır durumdan çıxdı. Çünki o dövr olduqca çətin bir situasiya hökm sürürdü. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qarşıda duran ən böyük vəzifə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması ilə yanaşı ordunun formalaşması və Qarabağın azadlığı ilə bağlı idi”.

Məhəmməd İmanlı hesab edir ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın öz təbii sərvətlərinə sahib olması və bunun gətirdiyi dividentlər ölkəmizin inkişafına zəmin yaratdı: “Sözsüz ki, Heydər Əliyev bütün bu məsələləri ardıcıllıqla icra etdi. Azərbaycanın bu günki inkişafı və torpaqlarımzın azadlığı məhz ulu öndər Heydər Əliyev strategiyası sayəsində reallaşmış oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün suverenliyini təmin etdi. Dünya birliyi tərəfindən tanınan əraziləri Ermənistanın işğalından azad edildi. Bütün bunlar Heydər Əliyev duhasının və uzaqgörənliyinin nəticəsində mümkün oldu. Ona görə də, Azərbaycanın dünəni və bu günki inkişaf strategiyası Heydər Əliyev amalının və xəttinin məntiqi nəticəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər