23 İyun 2023 12:42
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir: “Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər