Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Röyters”ə müsahibəsində danışıb.
Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.
C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.