26 İyun 2023 11:16
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Teleqraf.comxəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində dövlət katibi Antoni Blinkenlə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər