3 İyul 2023 14:30
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər