5 İyul 2023 01:09
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Nazir tviterdə qeyd edib ki, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir:

“Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

Bundan başqa, səfər çərçivəsində nazirin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər