"Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib.
İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb.
Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.