5 İyul 2023 11:15
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”.

Teleqraf.com xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - o deyib.

H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləkəçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər