Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.
Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair konfransda iştirakından məmnun olduğunu deyən səfir vurğulayıb ki, Avropa İttifaqı regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb.
Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.