İyulun 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavkizoda Zavki ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.
Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.