Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Numan Kurtulmuş tviterdə yazıb.
O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.
Numan Kurtulmuş və Sahibə Qafarova parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, N.kurtulmuş Azərbaycanda səfərdədir.