15 İyul 2023 14:21
3 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə separatçıların təhriki ilə növbəti aksiya təşkil edilib. Bu, sözsüz ki, onların öz varlıqlarını sübut etmək üçün bir cəhd idi. Çünki artıq dünya onların varlığını qəbul etmir. Ona görə də, onlar beynəlxalq ictimaiyyətə guya belə bir “xalqın”, “dövlətin" olduğunu, “gücümüz olmasa də qətiyyətimiz var” mesajı verməyə çalışırlar.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, indiki reallıqda dünya ictimaiyyətinə bu cür absurd məsələlər qətiyyən maraqlı deyil:

“Onlar gündə yüz dəfə də aksiya keçirsələr, heç nə dəyişməyəcək. Çünki bu gün dünya gerçək maraqlarla yaşayır. Qarabağda 20-25 min erməninin hansısa istəyinin gerçəkləşməsi dünya ictimaiyyətinin marağında deyil. ABŞ-ın, Avropanın burada münaqişə ocağının olması, davam etməsi qəti maraqlandırmır”.

Politoloqa görə, Qarabağ ermənilərinin təhlükəsizliyi üçün rus sülhməramlılarının burada olması da heç kəsin vecinə deyil:

“Rusiya burada özü üçün oynadığı oyunlara Qərbin dözüm, duruş gətirməsi kimi məsələlər mənasız yanaşmalardır. Ona görə də, Xankəndidəki bu aksiyaların yarım qəpiklik qiyməti yoxdur. Sadəcə olaraq onlar üçün son hədd yetişib”.

Zərdüşt Əlizadə bildirib ki, baş separatçı Araik Arutunyan bir müddət öncə Xankəndidə bu cür aksiyaları qadağan edən qərar vermişdi:

“İndi isə o bu aksiyalara başlamaqla bağlı addım atır. Dünyaya da demək istəyirlər ki, Qarabağda “müstəqil dövlət yaradaq. Ermənistan da hər il 400 milyon dollar yardım ayırsın. Bu pulları biz öz aramızda bölüşdürək". Bu günlərdə keçmiş hərbi cani Vitali Balasanyan həbs edildi. Bu heç də adi bir şey deyildi. Çünki o Ermənistandan Qarabağa göndərilən pulun 75 milyonunu oğurlayıb. Real faktlar budur. Qalan məsələlər isə mənasızdır. Ona görə, dünyaya, Qərbə kiminsə Qarabağda pul oğurlaması qəti şəkildə lazım deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər