18 İyul 2023 15:57
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər Azərbaycanla Rusiya arasında xarici işlər nazirləri səviyyəsində qarşılıqlı bəyanatlar səslənir. Burada bir neçə nöqtədən qaynaqlanan səbəblər var. Tərəflər bu və ya digər məsələlərə görə mövqe bildirir. Amma bu, prosesin o qədər də dərinləşməsinə, gərginliyin artmasına səbəb olmayacaq.

Bunu Teleqraf.com politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə doğru ciddi heç nə baş verməyəcək: “Bu, 30 illik münaqişə dövründə olan xarakterik məsələlərdən biridir. Çünki münasibətlər gərginləşir və sonradan daha mülayim müstəviyə keçir. Əslində bu, normal bir şeydir və təəccüblə qarşılamağa ehtiyac yoxdur. Burada Azərbaycanın istəyi vacibdir. Çünki 44 günlük müharibədə qalib tərəf olan Azərbaycan nə istəyirsə, o da olacaq”.

Politoloq hesab edir ki, separatçıların son günlər bir qədər aktiv görünməsi məğlub, çarəsiz durumları ilə bağlıdır: “Burada separatçıların bir qədər inadkarlığı və həyasızlığı önə çıxır. Çünki məğlubiyyətləri ilə razılaşmaq istəmirlər. Ona görə cığallıq edirlər. Amma bu cür məsələlərə fikir vermək lazım deyil”.

Zərdüşt Əlizadə Brüsseldə ilk dədə olaraq Qərbi Azərbaycan İcması məsələsinin gündəmə gətirilməsinin də məntiqli olduğu deyib: “Bu, beynəlxalq qanunlara uyğun yanaşmadır. Adamların vaxtilə zorla qovulduqları torpaqlara, evlərə yenidən qayıtmaq hüququ var. Fakt isə odur ki, sülh prosesi də elə Qərb müstəvisində irəliləyir. Çünki Rusiya burada münaqişənin həll olunmasını istəmir. Amma onun burada problemin sona kimi saxmalaqla bağlı dirəniş göstərməsi mümkün deyil. Rusiyanın bu müstəvidə imkanları çox zəifdir. Azərbaycan və Ermənistan Qərb müstəvisində barışda israrlıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər