21 İyul 2023 18:12
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq, gələcəkdə də çətinliklər yaradacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər