22 İyul 2023 19:15
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu dünyanln aparıcı media orqanları tərəfindən diqqətlə izlənildi. Forumda yerli media rəhbərləri ilə yanaşı, 49 ölkədən 150 xarici qonaq, 34 ölkənin dövlət informasiya agentlikləri 12 beynəlxalq təşkilat və media qurumlarının nümayəndələri iştirak edirdilər. Təkcə bu rəqəmlər Şuşada keçirilən Qlobal Media Forumunun əhəmiyyəti barədə müəyyən təsəvvürlər yaradır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, bir vaxtlar xalqımız üçün əlçatmaz hesab edilən Şuşa bu gün bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, mədəniyyət və sülh çağırışlarının ünvanına çevrilib: “Şuşa Azərbaycanın Zəfər savaşının qüdrət və inkişaf təntənəsinin simvoludur. Uzun illər Qafqazın konservatoriyası olan Şuşa Türk-İslam dünyasının mərkəzinə çevrilib. Milli mətbuatımızın 148-ci ildönümündə media nümayəndələri ilə keçirilən görüşdə Prezident İlham Əliyev həm Qarabağ və Şərqi Zəngəzurda son iki ildə görülən işlər, planlaşdırılan tədbirlər barədə dolğun məlumat verdi, həm də dünyaya vacib mesajlarını çatdırdı. Eləcə də Ermənistan və onu dəstəkləyən qüvvələrə xəbərdarlıq etdi. Dövlətimizin başçısı çıxışında regionda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, keçmiş məcburi köçkünlərin məskunlaşdırılması və digər mühüm məsələlərə toxundu. Prezident vurğuladı ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəyi təqdirdə, ilin sonuna qədər sülh sazişi imzalana bilər. Əgər Ermənistan bunu etməsə, Azərbaycan da qarşı tərəfin ərazi bütövlüyünü tanımayacaq və bu Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaracaq. Dövlətimizin başçısı Forumda Qarabağın erməni sakinlərinin də məsələsinə toxundu. Bildirdi ki, Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq. Bu, Azərbaycan dövlətinin ermənilərə, dünyaya açıq və qəti mövqeyidir. Bu mövqedən sonra Ermənistanın və Qarabağdakı erməi azlığın təxribatları, oyunları ciddi əhəmiyyət daşımayacaq və qanun çərçivəsində cavablarını alacaqlar”.

Politoloq qeyd etdi ki, erməni separatizminin tör-töküntüləri tarixi qələbəmizin rəmzi Olan Şuda dövlət başçısının səsləndirdiyi fikirləri dönə-dönə dinləməlidirlər: “Şuşada, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq işləri onu göstərir ki, dövlətin bu bölgə üçün aydın strategiyası var. Azərbaycan hərb meydanındakı qələbəsini həm də iqtisadi qüdrəti ilə təsdiqləyir. Prezidentin çıxışında Şuşa Bəyannaməsinin xüsusi vurğulanması da təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Türkiyə Azərbaycanın yanındadır. İki qardaş ölkə hədəflərə doğru inamla və sürətlə irəliləyir. Postmüharibə dövründə aparılan işlər əslində Vətən müharibəsindəki qələbənin yeni mərhələyə daşınması və yeni zirvələrin fəthinə hesablanıb. İnanıram ki, dövlətimiz bu çətinliklərin də öhdəsindən gələ biləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər