Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.
Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.