31 İyul 2023 14:08
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olub.

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.

***

13:29

Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, H.Fidan C.Bayramovu qarşılayıb və səmimiyyətlə salamlayıb.

Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.

Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.

XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər