ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
L.Bono ABŞ-ın sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.
Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüşlər keçirib.