Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Ermənistan hakimiyyəti bütün beynəlxalq platformalarda ölkəmizə qarşı davamlı olaraq qarayaxma kampaniyaları aparırdı. Bu prosesdə Ermənistan cəmiyyəti, Azərbaycan ərazisində yaşayan separatçılar ünsürlər və bütün dünya erməniliyi çox fəal iştirak edirdilər. Azərbaycanın bütün səylərinə baxmayaraq dünya ermənilərdən və onların bütün ölkələrdə satın aldığı lobbi təşkilatlarının təsiri altında işğalçı Ermənistandan yox, işğala məruz qalmış Azərbaycandan güzəştlər tələb edirdilər. Qırx dörd günlük müharibə beynəlxalq siyasi arenada Qarabağla bağlı bu tərs-mütənasibliyi aradan qaldırdı. Burada həm müharibənin nəticələri, həm də müharibə dövründə Prezident İlham Əliyevin bütün dünya tərəfindən diqqətlə izlənən müsahibələri əsas rol oynadı. Erməni lobbiçilərinin tapşırığı ilə dünyanın aparıcı media nümayəndələrinin Prezidentə ünvanladığı tərs suallara Prezident tərəfindən tərs şillə təsiri bağışlayan qətiyyətli cavablar verildi. Prezident İlham Əliyevin “BBC News”, CNN, “Euronews”, “Fox News”, “France 24”, ARD, RAI 1, “Əl-Cəzirə” kimi media nəhənglərinə verdiyi müsahibələrə dünyanın bütün bölgələrində milyonlarla baxış oldu və Azərbaycan Prezidentini dəstəkləyən milyonlarla şərhlər yazıldı. Bir sözlə, ermənilər həm döyüş bölgəsində, həm də informasiya cəbhəsində öz layiqli cavablarını aldılar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O deyib: “İndi postmüharibə dövrüdür. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm Qələbəsi bölgəmizdə yeni və daha ədalətli bir reallıq yaradıb. Lakin bu reallıqları dərk etməyən ermənilər yenə də sülhə doğru səmimi addımlar atmaq əvəzinə sülh proseslərini əngəlləməyə çalışır və bununla da regiona başqa güc mərkəzlərinin müdaxilə etməsinə şərait yaradırlar. Son aylarda Ermənistan siyasətinin gündəliyindəki 1 nömrəli məsələ guya Qarabağ ermənilərinin Azərbaycan tərəfindən blokadaya alınması və guya bu ərazidə ermənilərin acından ölməsi ilə bağlı bütün dünyaya ünvanladıqları yalanlardır. Əsrlər boyu miflərə istinad edərək özünü ən qədim və mədəni xalq adlandıran bu insanabənzər məxluqların hər dəfə başı daşa dəysə də köhnə adətlərindən əl çəkə bilməyib yenə də dünyaya yeni miflər söyləməkdə davam edirlər. Avropa Şurası, Avropa Parlamenti, “Human Rights Watch” kimi bir sıra beynəlxalq təşkilatlar da öz adətlərinə xilaf çıxmayaraq yenə də erməni yalanlarına həqiqət donu geyindirməyə çalışmaqla öz pullarını qazanmaqda davam edirlər. Amma 30 ildən artıq real blokada şəraitində yaşayan Naxçıvan əhalisi haqqında nə o zaman, nə də indi bir kəlmə də olsa nəinki danışmaq, heç eşitmək də istəmirlər. Belə bir şəraitdə yenə də həqiqəti bütün dünyaya çatdırmaq və həm də təkzibi mümkün olmayacaq tərzdə çatdırmaq Azərbaycanın öz problemi olur. Bu problemin ən yaxşı həll yollarını isə dövlətimizin başçısı İlham Əliyev bilir və həll edir. Bu günlərdə Azərbaycan Prezidentinin “Euronews” kanalına verdiyi müsahibə də erməni yalanlarının ifşa olunması və Azərbaycanın ədalətli, qətiyyətli mövqeyinin dünya mediasında səsləndirilməsi baxımından növbəti uğurlu addım oldu.
Prezident İlham Əliyev “Euronews” kanalının müxbiri Aneliz Borjesə verdiyi müsahibədə münaqişənin mahiyyətini, onun həll olunması üçün Azərbaycan tərəfindən göstərilmiş bütün səyləri və nəhayət bütün bunların faydasız olduğunu görəndə BMT tərəfindən qəbul olunmuş qətnamələrin Azərbaycan Ordusu tərəfindən uğurla yerinə yetirildiyini bir daha “Euronews” tamaşaçılarının diqqətinə çatdırdı. O bildirdi ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”.
Deputatın sözlərinə görə, bölgədəki mövcud durumu şərh edən ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh yaradılması üçün real imkanlar olduğunu vurğulayaraq bunun yalnız Ermənistanın apardığı siyasətdən asılı olacağını bildirdi. Doğrudan da bugünkü şəraitdə sülh hamıdan çox ermənilərə lazımdır. Azərbaycan elə 30 illik işğal dövründə də özünün bütün sahələrdə davamlı inkişafını təmin edib və bundan sonra daha sürətli inkişafa nail olmaq üçün də potensial olduqca yüksəkdir. Bunun üçün Azərbaycan dövlətinin gələcək onilliklər üçün öncədən hazırlanmış inkişaf strategiyası var və müvəffəqiyyətlə həyata keçirilir.
Laçın yolunda quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin guya qeyri-qanuni olması ilə bağlı Ermənistan tərəfinin Beynəlxalq Məhkəmə qarşısında qaldırdığı iddia rədd edilsə də ermənilər və ermənipərəstlər yenə də bu istiqamətdə təbliğat maşınını dayandırmaq istəmirlər. Prezident ermənilərin bu iddiasını da yalanlayaraq onların bu yoldan qeyri-qanuni məqsədlər üçün istifadə etdiyini və bu işdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin də qeyri-qanuni olaraq ermənilərə dəstək verdiyini açıqladı. Prezidentin bu açıqlaması şübhəsiz hələ bir müddət dünyanın bir çox bölgələrində diqqət mərkəzində qalacaq və bir sıra beynəlxalq təşkilatların sülh proseslərinə xələl gətirməsi haqqında həqiqət bir daha təsdiqlənmiş olacaq.
Prezidentin verdiyi cavablarda Qarabağ ərazisində yaşayan ermənilərə ünvanlanmış açıq və birmənalı mesajın olduğunu da diqqətə çatdıran Cavanşir Feyziyev əlavə edib: “Son həftələr ərzində Avropanın ən qatı ermənipərəst siyasətçilərini də cəlb etməklə bütün beynəlxalq platformalarda ölkəmizə qarşı “ermənilərin blokadası” adı ilə böhtan kampaniyası aparan Ermənistan bu təzyiqlərlə Azərbaycanın mövqeyini yumşalacağını zənn edirdi. Amma erməni siyasətçiləri yenə də yanıldılar. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı da dövlətimizin qəti mövqeyini beynəlxalq media vasitəsilə bir daha bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, Qarabağda yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
Beləliklə, uydurma blokada böhtanı ilə Azərbaycanın müqavimətini sarsıtmaq cəhdləri bu dəfə də iflasa uğradı. Ermənilər isə iki yoldan birini seçməlidirlər. Ya Azərbaycan vətəndaşı kimi öz hüquq və vəzifələrinə sahib çıxmalı, ya da keçmişdə olduğu kimi növbəti dəfə özləri özlərini uydurma “soyqırımına” məruz qoyub torpaqlarımızı tərk etməlidirlər”.