Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib.
“Gürcüstanın Şovi və Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - paylaşımda bildirilib.