Qərbi Azərbaycan İcması “Kilikiya katolikosu”nun Azərbaycanın əleyhinə davamlı xarakter almış cəfəng açıqlamalarını pisləyir.
Bu barədə İcmadan Teleqraf.com-a verilən məlumatda deyilir.
"Din xadimi kimi deyil, daşnak təfəkkürlü siyasətçi kimi danışan “Kilikiya katolikosu”na xatırladırıq ki, əsrlərdir erməni kilsəsinin təşviq etdiyi “dənizdən dənizə böyük Ermənistan” nağılı, irqçi mifiologiya 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan tərəfindən darmadağın edilmişdir və artıq geriyə yol yoxdur. Əgər “Kilikiya katolikosu” indi erməni xalqının mənafeyini düşünürsə, onda regionda düşmənçiliyi, başqa ölkəyə ərazi iddiasını deyil, sülhü və barışığı və bu xüsusda, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı üçün Ermənistan hakimiyyətinin İcma ilə dialoqunu təşviq etməlidir.
Qərbi Azərbaycan İcması Livan ictimaiyyətini “Kilikiya katolikosu”nun nifrət dolu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü hədəf alan, onun daxili işlərinə müdaxiləyə çağıran açıqlamalarını pisləməyə çağırır", - məlumatda qeyd edilib.