Avqustun 20-də Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da finalı stadiondan izləyiblər.
Qeyd olunur ki, finalı izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan stadionda Azərbaycan Prezidenti İlham Əliyev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə söhbət edib