24 Avqust 2023 17:52
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Hadja Lahbib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

C.Bayramov Zəngəzur dəhlizinin də Şərq qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər