26 Avqust 2023 10:02
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“Zəngilan hava limanından Laçına gedən yolda yeni yol salınır. Azərbaycan baryerlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq yollar inşa edir və nəqliyyat əlaqələrini yaxşılaşdırır. Yol mədəniyyətdir və sivilizasiyanın əsas komponentidir!”,- paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər